"Qarabağ"ın rəqibi darmadağınla qalib gəldi

"Qarabağ"ın rəqibi darmadağınla qalib gəldi

"Qarabağ"ın rəqibi darmadağınla qalib gəldi

Kipr çempionatında 10-cu turun oyunları keçirilib.

Yenisabah.az xəbər verir ki, “Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən “Omoniya” doğma meydanda “Aris”lə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb - 3:0.

Qeyd edək ki, “Omoniya” 10 turdan sonra 13 xalla 12 kollektiv arasında 6-cı pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.

Əlavə edək ki, “Qarabağ” “Omoniya”ya qarşı səfərdə keçirdiyi ilk oyundan 4:1 hesablı qələbə ilə ayrılıb. Bu komandaların ikinci qarşılaşması isə noyabrın 25-də Bakıda oynanılacaq. 

 

"Qarabağ"ın rəqibi darmadağınla qalib gəldi