Flora Kərimova ƏSƏBLƏŞDİ: "Budurmu sizin namusunuz?”

Flora Kərimova ƏSƏBLƏŞDİ:

Flora Kərimova ƏSƏBLƏŞDİ: "Budurmu sizin namusunuz?”

Gündəlik həyatımızın bir hissəsini təşkil edən sosial şəbəkələrdən müxtəlif məqsədlər üçün istifadə edilir. Amma son vaxtlar istər fərdi paylaşımlara, istərsə də qrup və ya toplu səhifələrdəki paylaşımlara söyüş və təhqiramiz fikirlər yazılır. 

Bundan daha çox əziyyət çəkənlərsə sənət adamlarıdır. Onların demək olar ki, hər paylaşımına yazılan şərhlərdə şərəf və ləyaqəti alçaldan ifadələr görmək mümkündür.

Mövzu ilə bağlı Polemika.az-a danışan Xalq artisti Flora Kərimova fikirlərinə görə sosial şəbəkələrdə onu durmadan təhqir edənlərə sərt cavab verib.

Sənətçi onu yaltaqlıqda ittiham edənləri qınayıb:

“Dediyim sözlərə görə məni sosial şəbəkələrdə durmadan təhqir etdilər. O qədər təhqirlər gördüm ki... Yazdılar ki, “Sən yaltaqsan”. Ayıbdır, vallah, ayıbdır! Mənim 80 yaşım var. Mən özümü o qədər alçaltmaram ki, kiməsə yaltaqlıq edəm. İndiyə qədər şəxsiyyətimi qorumuşam. Haqqımda yazırlar ki, orden almısan deyə yaltaqlıq edirsən. Utanmırsınız belə sözlər yazırsınız? Mən belə söhbətlərə görə qadınlığımla tankın qabağında durmuşam?! Balam yetim qalacaqdı. Bu günə kimi hansı müğənni mənim qədər vətəni üçün çalışıb? Bunu Allah götürərmi? Heç olmasa, yaşımı nəzərə alaydınız, 80 yaşım var. Məni də qoydunuz ucuz şou nümayəndələrinin sırasına? Sizin qadına münasibətiniz budurmu? Budurmu sizin namusunuz?” 

Flora Kərimova ƏSƏBLƏŞDİ: "Budurmu sizin namusunuz?”