Murad Musayev “Sabah”dan ayrıla bilər

Murad Musayev “Sabah”dan ayrıla bilər

Murad Musayev “Sabah”dan ayrıla bilər

"Sabah"ın baş məşqçisi Murad Musayev Rusiyanın "Krasnodar" klubunun sükanı arxasına keçə bilər.

Polemika.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist İvan Karpov özünün teleqram kanalında paylaşım edib.

Onun sözlərinə görə, Viktor Qonçarenkonu istefaya göndərən Premyer Liqa təmsilçisinin hədəflərindən biri 39 yaşlı mütəxəssisdir. Klub rəhbərliyinin əcnəbi baş məşqçi axtarışları nəticə verməsə, komanda cari mövsümün sonunadək Oleq Kononov və ya Musayevə həvalə olunacaq.

Qeyd edək ku, Murad Musayev 2005-ci ildə Rusiya "Krasnodar"ının akademiyasında işə başlayıb. O, əsas komandada 2018-ci ildən çalışmasına rəğmən, Pro lisenziyası olmadığından, baş məşqçi postuna rəsmən 2020-ci ilin iyununda təyinat alıb.

Ötən ilin oktyabrından "Sabah"a başçılıq edən Musayev paytaxt klubu ilə 2 illik müqavilə imzalayıb./Report

Murad Musayev “Sabah”dan ayrıla bilər