Mahir Emrelinin komandası uduzdu

Mahir Emrelinin komandası uduzdu

Mahir Emrelinin komandası uduzdu

Milli komandamızın hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" bu gün Polşa çempionatında növbəti oyununa çıxıb

Polemika.az xəbər verir ki, Varşava təmsilçisi 11-ci turda çempionluğa iddiaçılardan olan "Lex"i (Poznan) qəbul edib və 0:1 hesabı ilə uduzub.

M.Emreli də sözügedən görüşdə iştirak edib. Start heyətdə meydana daxil olan millimizin üzvü 65-ci dəqiqədə Tomas Pekhartla əvəzlənib.

Qeyd edək ki, "Legiya" 9 xalla 15-ci pillədə qərarlaşıb. Paytaxt təmsilçisinin ehtiyatda daha iki oyunu var. "Lex" isə 24  xalla liderliyə yüksəlib.

Mahir Emrelinin komandası uduzdu