Nazir koronovirusa yoluxub?

Nazir koronovirusa yoluxub?

Nazir koronovirusa yoluxub?

Sosial şəbəkələrdə və bəzi KİV-lərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin koronavirusa yoluxduğu barədə xəbərlər yayılıb.

Xəbərdə qeyd edilib ki, nazir xəstəlik səbəbilə Milli Məclisdə keçirilən büdcə müzakirələrində iştirak edə bilməyib.

Modern.az saytı xəbəri dəqiqləşdirmək üçün nazirliyin İctiamiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovla əlaqə saxlayıb.

F.Talıbov sualın nazirliyin fəaliyyəti  ilə bağlı olmadığını əsas gətirərək, cavab verməyi məqsədəuyğun hesab etmədiyini bildirib.

 

Nazir koronovirusa yoluxub?