Dələduzluğu Rafael Cəbrayılov yox, qardaşı törədib - Sabiq deputatın həyat yoldaşı

Dələduzluğu Rafael Cəbrayılov yox, qardaşı törədib - Sabiq deputatın həyat yoldaşı

Dələduzluğu Rafael Cəbrayılov yox, qardaşı törədib - Sabiq deputatın həyat yoldaşı

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə dünyasını dəyişən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə R. Cəbrayılovu hüquqi varisi qismində həyat yoldaşı Aidə Cəbrayılova təmsil edib.

A.Cəbrayılovanın nümayəndəsi İlqar Kamızov çıxış edərək bildirib ki, iş üzrə zərərçəkmişlər dindirilsin. Zərərçəkmişlərin ifadələri dindiriləndən sonra mövqelərini bildirəcəklər.

A.Cəbrayılova çıxış edərək qeyd edib ki, şikayətlər Rafael yox, Elşən barəsində olub. "İstintaqda bu nəzərə alınmayıb. Kamran Əliyev də məktubunda qeyd edib ki, buradakı cinayət faktlarını qardaşı Elşən Cəbrayılov törədib. Xahiş edirik ki, məhkəmə bunları nəzərə alsın" - deyə, A.Cəbrayılova bildirib.

Zərərçəkənin nümayəndəsi Kamandar Nəsibov bildirib ki, istintaqda da şikayətlər təkcə sabiq deputat barəsində deyil, həm də qardaşı Elşən Cəbrayılovdandır: "Biz işin geri qaytarılmasını istəyirik. Çünki bu cinayət işində ağırlaşdırıcı hallar var. Ona görə cinayət işi geri qaytarılmalı, Elşən Cəbrayılov da istintaqa cəlb olunmalıdır. Elşənin bu işdə böyük rolu var. Rafael müəllim dəfələrlə ofisimdə olub. O da mənə deyirdi ki, bu pulların əksəriyyəti Elşəndədir. Elşənin əmlaklarının çoxu xaricdədir".

Hüquqi varis gələn prosesdə geniş ifadə vermək üçün məhkəmədən vaxt istəyib.

Bu səbəbdən proses dekabrın 2-nə təyin edilib.

Qeyd edək ki, qanuna görə, cinayət törətməkdə təqsirləndirilən şəxsin ölməsi cinayət təqibini istisna edən hallardan biri sayılır.

Qanunun tələbinə görə, həbsdə vəfat edən şəxsin cinayət işi üzrə yaxınlarından bir nəfər hüquqi varis kimi tanınır. Vəfat edən şəxs özünü təqsirli bilməyibsə, təyin olunan hüquqi varis onun əvəzinə məhkəmədə iştirak edir. Məhkəmə vəfat edən şəxsin təqsirini sübuta yetirsə, ona cəza təyin olunur, lakin təqsirləndirilən şəxsin ölümü ilə bağlı cinayət işinə xitam verilir. Məhkəmədə təqsirləndirilən şəxsin cinayət əməli sübut olunmasa, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul olunur.

 

Dələduzluğu Rafael Cəbrayılov yox, qardaşı törədib - Sabiq deputatın həyat yoldaşı