Natəvan Həbibi Oqtay Əliyevin belinə ittihamlar yüklədi: "Korrupsiyaçısınız"

Natəvan Həbibi Oqtay Əliyevin belinə ittihamlar yüklədi: "Korrupsiyaçısınız"

Natəvan Həbibi Oqtay Əliyevin belinə ittihamlar yüklədi: "Korrupsiyaçısınız"

Müğənni Natavan Həbibi ilə “SOY” prodakşının rəhbəri Oqtay Əliyev arasında qalmaqal yaşanıb. 

Polemika.az xəbər verir ki, Oqtay Əliyevin onun ünvanına "Natavan Həbibinin yaşıdları "Xalq və Əməkdar artist"dirlər. Onun isə bir "qramota"sı belə yoxdur" deməsi müğənnini qəzəbləndirib.

Natavan “Azxeber” İnstaqram səhifəsinim şərh bölümündə O.Əliyevə sərt sözlər yazıb:

“Vallah, mənə maraqlı deyil neçə nəfərsiz və neynirsiz. Sizə niyə maraqlıdır mənim işim, bilmədim onu da. Soğan yeməmisiz ki? Siz açiq-aşkar korrupsiya tərəfindən çıxış edib, hələ bir xidmətlərinizi sayırsınız... Kim kimin vəkilidir sizdə? Biri başa salsın ki, qanun hamı üçün qanundur”.

Natəvan Həbibi keçmiş ATV işçiləri barədə ittihamlar da səsləndirib:

“Bu arada, məni övladınızın məclisinə dəvət etmişdiniz. Elə bilirdim hörmətdəndir. Sən demə, sizin kimi böyük, bahalı insanlar, bizi - "plintus"dan aşağı olanları çağırıb oxutdurursuz sadacə. Köhnə adətinizdir. Pis öyrəşmisiniz də, köhnə ATV-dəkilər sənətçiləri day "dejurniy müğənni" eləmişdilər bağlarında, villalarında. Qadağa qoymasınlar deyə səhərə qədər səviyyəsizlərin kef etməklərini izləyirdik. 

Təkrar edirəm, ailənizdə neçə nəfərsiz - hamınıza. Öz işinizlə məşğul olun, mənim mövzularıma müdaxilə etməyin.

O adlar məsələsində lap uşaq bağçasında özümü hiss etdim. Ayıbdir, yekə adamlarsınız. Nə xoş sizə - sizə ad da verilir, maaş da, paket də, hörmət də... Hər şey elə sizə verilib. Mən də onu deyirəm də sizinki sizdə qalsın, mənim haqqım mənim özümə çatsin. Eybi yox, mən ona da sevinib şükr edərəm ki, sənətim, ruzum var... Ad olmasa da, Natavan Həbibiyəm. Məni yaradan sevsin, ad versin. Sizinlə bir yolda olmayaq".

Natəvan Həbibi Oqtay Əliyevin belinə ittihamlar yüklədi: "Korrupsiyaçısınız"