Qızıl cüzi ucuzlaşdı

Qızıl cüzi ucuzlaşdı

Qızıl cüzi ucuzlaşdı

Üç günlük qiymət artımından sonra qızıl korreksiya çərçivəsində cüzi ucuzlaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,1 %, yaxud 1,85 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 828,45 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,25 % azalaraq, 1 unsiyası 23,277 ABŞ dolları təşkil edib.

Üç günlük qiymət artımına ABŞ-da daha yüksək inflyasiya gözləntiləri səbəb olub.

Analitiklər yanvar ayında istehlak qiymətlərinin 7 %-dən 7,3 %-dək sürətləndiyini güman edirlər. Bu artım səviyyəsi 1982-ci ilin fevral ayından sonra rekord göstərici ola bilər.

Qızıl cüzi ucuzlaşdı