Məşhur türk cütlüyü qonorarı ilə hamını heyrətləndirdi

Məşhur türk cütlüyü qonorarı ilə hamını heyrətləndirdi

Məşhur türk cütlüyü qonorarı ilə hamını heyrətləndirdi

Rol aldığı layihələr və seriallarla gündəmdən düşməyən Fahriye Evcen və Burak Özçivit cütlüyünün illik qonorar ödənişi heyrət doğurub.

Polemika.az xəbər verir ki, markaları yaxından izləyən cütlük 1 illik reklam siması olmaq qarşılığında adambaşına 10 milyon lirə istəyir.

“Çalıkuşu” serialının çəkiliş meydançasında tanış olan və 2017-ci ildə ailə həyatı quran Burak Özçivit və Fahriye Evcen cütlüyü özəl həyatları ilə yanaşı işləri ilə də gündəmdən düşmək bilmirlər.. Sosial mediada böyük pərəstişkar ordusu olan cütlüyün reklam anlaşmasından aldıqları qonorar hər kəsi şoka salıb.

TV-8 kanalında yayımlanan “İkinci Sayfa” proqramında yer alan xəbərə görə, brendlərdən çoxsaylı reklam təklifləri alan cütlük illik müqavilə imzalamağa qərar verib. Gündəlik və həftəlik layihələrdə iştirak etməyə razı olmayan cütlük illik təkliflər üçün adambaşına 10 milyon lirə alıb.

İnstaqramda böyük pərəstişkarı olan Fahriye Evcenin 12,5 milyon, Burak Özçivitin isə 20 milyon izləyicisi var.

Məşhur türk cütlüyü qonorarı ilə hamını heyrətləndirdi