"Klounluq edib pul qazanmaq oğurluq etməkdən pisdir?!" - Sənətçidən etiraz

"Klounluq edib pul qazanmaq oğurluq etməkdən pisdir?!"

"Klounluq edib pul qazanmaq oğurluq etməkdən pisdir?!" - Sənətçidən etiraz

“Təki pandemiyadan yaxa qutarıb hər birimiz sağlam olaq, nəinki ayı paltarı, mən lap dovşan paltarı geyinib küçəyə çıxmağa hazıram...”

Bu sözləri Polemika.az-a müğənni Əlikram Bayramov deyib. Sənətçi sosial şəbəkələrdə müzakirələrə səbəb olan yaşlı kişinin ayı paltarı geyinməsinə fikir bildirib:

“Mənə görə zəhmətlə qazanılan pul halaldır. İnsan pul qazandığına görə utanmamalıdır. Belə qazanmaq daha yaxşıdır, nəinki gedib oğurluq etmək. Oğurluq etmək ən axırıncı işdir, bu da insanın “ölümüdür”. Çünki oğurluq dünyanın ən pis işi, haram əməlidir. Halal zəhmətlə pul qazanan, ayı kostyumu geyinən insana niyə pis baxmalıyıq?! Adam var göy-göyərti satır, ayaqqabı tikir, bazarda mal daşıyır, hərənin bir işi var, burada pis heç nə yoxdur”.

İfaçı halal zəhmətlə pul qazanmaqda qəbahət olmadığını deyib:

“Ayı paltarı geyinən kişi insanları narahat etmirsə, uşaqları qorxutmursa, burada qəbahət olan nədir? Adam özü-özünü dolandırır, nə etsin, gedib oğurluqmu etsin? Əgər həmin adam qanunu pozmursa, mən burada pis heç nə görmürəm.

Klounları görürük, onların işi də budur, halal zəhməti ilə pul qazanırlar, özü də bu ağır işdir. Əsas odur ki, oğurluq etmirlər. Kimsə ayı paltarı tapıb, geyinib gəlib uşaqlarımızı əyləndiribsə, burada pis nə var? 1-2 manat pul qazanıb, halal xoşu olsun”.

Ə.Bayramov yaşlı kişini qınayanlara sərt cavab verib:

“Onsuz da Azərbaycanda nə edirsən hamı başlayır adamı qınaq atəşinə tutmağa. Sanki insanlar irad bildirməyə yer axtarırlar, aqressiv olublar. Heç kəs özünü qarşı tərəfin yerinə qoymur, tez fikir bildirməyə tələsirlər. Mən çalışıram ki, heç kəsə fikir bildirməyim. Hər adamın öz həyatı var, ona müdaxilə etmək heç kəsə düşməz. Zəhmətlə pul qazanan insana qarışmazlar. Təki bəlalar ölkəmizdən uzaq olsun, pandemiyadan yaxa qutarıb hər birimiz sağlam olaq, nəinki ayı paltarı, lap dovşan paltarı geyinib çıxmağa hazıram. Əgər bir insanı sevindirib kefini aça bilirəmsə, həyatda bundan böyük nə xoşbəxtlik ola bilər? Həyat məhz budur: İnsanın ruhunu oxşamaq, hörmətini qazanmaq”.

Əsmətxanım 

"Klounluq edib pul qazanmaq oğurluq etməkdən pisdir?!" - Sənətçidən etiraz