"Məni İrəvana dəvət etsəydilər, getməzdim” - Deputatdan mövqe

"Məni İrəvana  dəvət etsəydilər, getməzdim” - Deputatdan mövqe

"Məni İrəvana dəvət etsəydilər, getməzdim” - Deputatdan mövqe

Fevralın 22-də İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər.

Polemika.az-a açıqlamasında Milli Məclisin üzvü Elman Məmmədov həmkarlarının Ermənistana səfərini məqbul olduğunu bildirib:

“Torpaqlarımız işğal altında olan zaman, məğlub durumda olarkən, bu səfərlərin əlehinə olmuşam. Lakin bu gün qalib dövlətik. Qalib dövlətin deputatları qalib kimi məğlub olan dövlətə səfər edəcəklər. Mən bunda qəbahət görmürəm. Əksinə, gedib orada qalib kimi sözlərini deyəcəklər. Bu məqbuldur.

Bu tədbiri Ermənistan keçirmir, sadəcə İrəvan tədbirin keçirildiyi məkandır. Düşünürəm ki, Azərbaycan yox, Ermənistan məğlub dövlət kimi azərbaycanlı deputatların səfərinə etiraz edə bilər. Həmişə onlar bizə qarşı bu hərəkətləri edirdi, bizə yuxarıdan-aşağı baxırdı, indi isə yerlər dəyişib”.

“Lakin məni dəvət etsəydilər, getməzdim” - deyən E. Məmmədov əlavə edib:

“Bu məsələlərdə özüməməxsus mövqeyim var. Son 27-28 ildə Ermənistan və Azərbaycan təmsilçilərinin müxtəlif formatda görüşləri olub. O görüşlərlə bağlı mənə də təkliflər gəlib, lakin hər dəfə imtina etmişəm. İnşallah, Xocalım işğaldan azad olunanda qalib kimi Xocalıya gedəcəyəm.  

Ermənistana gedəcək deputatlarımız səviyyəli, hazırlıqlı deputatlardır. Orada da çox fəal şəkildə Azərbaycanın mövqeyini sərgiləyə biləcəklər”.

Mehri QURBAN

"Məni İrəvana dəvət etsəydilər, getməzdim” - Deputatdan mövqe