Emin Əmrullayev Gürcüstanda yaşayan azərbaycanlı müəllimlərlə görüşəcək

Emin Əmrullayev Gürcüstanda yaşayan azərbaycanlı müəllimlərlə görüşəcək

Emin Əmrullayev Gürcüstanda yaşayan azərbaycanlı müəllimlərlə görüşəcək

Fevralın 20-də təhsil naziri Emin Əmrullayev Gürcüstana rəsmi səfər edib.

Polemika.az xəbər verir ki, səfər çərçivəsində Emin Əmrullayev ulu öndər Heydər Əliyevin Tbilisidə və Rustavidə ucaldılan abidələrini ziyarət edəcək, Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli ilə görüşəcək. 

Təhsil naziri həmçinin Gürcüstanın bir neçə ali məktəblərinə də baş çəkəcək, Gürcüstanın tədris Azərbaycan dilində olan məktəblərinin direktor və müəllim heyəti ilə də görüş keçirəcək. Nazirin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşü də nəzərdə tutulub.

Qeyd edək ki, səfər fevralın 23-də başa çatacaq.

Emin Əmrullayev Gürcüstanda yaşayan azərbaycanlı müəllimlərlə görüşəcək