Muzdluların Ukraynaya gətirilməsi: Putin öz itkilərini azaltmaq istəyir

Muzdluların Ukraynaya gətirilməsi: Putin öz itkilərini azaltmaq istəyir

Muzdluların Ukraynaya gətirilməsi: Putin öz itkilərini azaltmaq istəyir

Prezident Putin suriyalıların Rusiya ordusu tərəfdən döyüşməsinə rəsmən icazə verdi.  Bu qərar ən müxtəlif prizmalardan şərh olunur və müharibənin coğrafiyasının genişlənəcəyi, müddətinin uzanacağı haqda proqnozlara yol açır.

“Polemika.az” xəbər verir ki, azərbaycanlı hərbi jurnalist İlqar Mikayıloğlu muzdluların Ukraynaya gətirilməsinin aşağıdakı sonuclara səbəbl olacağını qeyd edib.

1. Suriya döyüşçülərini Ukranyada müharibəyə cəlb etməklə öz itkilərini azaltmaq istəyir. Bu isə o deməkdir ki, Rusiya Ukraynada həqiqətən böyük itkilər verib və indi onun qarşısını almaq istəyir. Bununla da Rusiya daxilində əsgər analarının ayağa qalxmasının qarşısını almaq istəyir. 

2. Suriya döyüşçülərini cəlb etmək həm də o deməkdir ki, müharibə yaxın vaxtlarda bitməyəcək. 

3. Suriya döyüşçülərini müharibəyə cəlb etməklə Rusiya ordusu Ukraynada hərbi birləşmələri yenidən Rusiya döyüşçüləri ilə tam komplektləşdirmək üçün vaxt qazanır. Döyüşlərdə zəifləmiş hərbi hissələr rotasiya edilir və yeni əməliyyat planları tərtib etməyə vaxt qazanır. 

4. Suriya döyüşçüləri taktiki cəhətdən zəif olsalar da Rusiyalılara nisbətən daha çox döyüş təcrübəsinə malikdirlər. 

5. Suriyalılar döyüşçü olaraq zəifdirlər. Bunu Suriyada neçə ildir davam edən müharibə göstərir. Güclü olsaydılar müharibə Suriyada bu qədər davam etməzdi və məsələni tez həll edə bilərdilər. 

Ukrayna da xarici döyüşçülərə ümid edir və demək olar ki, bu bəndləri onlara da şamil etmək mümkündür. Amma ukraynalılar suriyalılara qarşı xüsusi amansızlıqla döyüşəcək. Cenevrə konvensiyası suriyalılara şamil edilmir. Amma Ukrayna tərəfdən döyüşənlərə Ukrayna vətəndaşlığı verildiyindən onlara konvensiya aid edilir. 

Bir sözlə, müharibə yeni mərhələyə keçir.

 

Muzdluların Ukraynaya gətirilməsi: Putin öz itkilərini azaltmaq istəyir