Murad Musayev “Sabah”ı sabiq klubuna dəyişir

Murad Musayev “Sabah”ı sabiq klubuna dəyişir

Murad Musayev “Sabah”ı sabiq klubuna dəyişir

Rusiyanın "Krasnodar" klubu "Sabah"ın baş məşqçisi Murad Musayev yenidən komandanın sükanı arxasına gətirmək istəyir.

Polemika.az xəbər verir ki, 39 yaşlı mütəxəssis bu vəzifəyə əsas namizədlərdən biridir.

Rusiyalı baş məşqçi Krasnodar klubunda bu gün istefa vermiş almaniyalı Daniel Farkeni əvəzləyə bilər.

İddiaya görə, Musayev sabiq klubu ilə danışıqlar aparmaq üçün Bakını tərk edib.

Qeyd edək ki, ötən ilin oktyabrından "Sabah"a başçılıq edən Murad Musayev paytaxt klubu ilə 2 illik müqavilə imzalayıb. O, 2018 - 2021-ci illərdə "Krasnodar"ın əsas komandasına rəhbərlik edib./Report

Murad Musayev “Sabah”ı sabiq klubuna dəyişir