"Zirə"nin hücumçusu Gürcüstan millisində debüt etdi

"Zirə"nin hücumçusu Gürcüstan millisində debüt etdi

"Zirə"nin hücumçusu Gürcüstan millisində debüt etdi

"Zirə"nin futbolçusu Davit Volkov Gürcüstan millisinin heyətində ilk matçına çıxıb.

Polemika.az xəbər verir ki, 26 yaşlı hücumçu DÇ-2022-nin seçmə mərhələsində Tbilisidə İsveçlə görüşdə debüt edib. Volkov 70-ci dəqiqədə Tornike Okriaşvilinin əvəzinə meydana daxil olub. Sözügedən qarşılaşma Gürcüstan millisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

Qeyd edək ki, Davit Volkov hazırda 8 qolla Azərbaycan Premyer Liqasının bombardiridir. 

"Zirə"nin hücumçusu Gürcüstan millisində debüt etdi