Müharibədən sonra Qarabağa neçə nəfər səfər edib?

Müharibədən sonra Qarabağa neçə nəfər səfər edib?

Müharibədən sonra Qarabağa neçə nəfər səfər edib?

İşğaldan azad edilmiş ərazilərə mart ayının 1-nə qədər 2072 sərnişin səfər edib. 

Bununla bağlı Polemika.az-ın sorğusuna cavab olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanvar ayının 24-dən, mart ayının 1-nə qədər azad olunmuş ərazilərə 50 səfər təşkil olunub.

Bakı Beynəlxalq Avtovağzaldan yola düşən sərnişinlərin 606 nəfəri Şuşaya, 357 nəfəri isə Ağdama səfər ediblər.

Rəsmi məlumatda həmçinin o da qeyd edilib ki, martın 1-dən etibarən səfərlərin sayı artırılıb. Novruz bayramı günlərində isə Bakı-Şuşa-Bakı istiqamətində avtobus reysləri hər gün həyata keçiriləcək.

Müharibədən sonra Qarabağa neçə nəfər səfər edib?