Bakıda küçədə dana kəsən şəxs cərimələndi

Bakıda küçədə dana kəsən şəxs cərimələndi

Bakıda küçədə dana kəsən şəxs cərimələndi

Bakı polisi antisanitar vəziyyətdə fəaliyyət göstərən ət-kəsim məntəqəsi ilə bağlı tədbir görüb. 

Bu barədə Polemika.az-a Xətai Rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, rayonun Nəsrəddin Tusi küçəsində antisanitar vəziyyətdə fəaliyyət göstərən ət-kəsim məntəqəsinin sahibi ilə profilaktiki söhbətlər aparılıb, daha sonra qanunamüvafiq qaydada tədbirlər görülüb.

“Bundan sonra ət kəsimi yalnız obyektin daxilində olacaq”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, paytaxtın Xətai rayonunda, Nəsrəddin Tusi küçəsində antisanitar vəziyyətdə ət-kəsim məntəqəsi fəaliyyət göstərirdi. Sözügedən ərazidə fərdi şəkildə, hətta piyada səkisində ət kəsimi ilə məşğul olurdular. Normalara cavab verməyən ət kəsim məntəqəsində kəsilən heyvanların qanı piyada səkisinə və avtomobil yoluna axıdılırdı. (Report)

Bakıda küçədə dana kəsən şəxs cərimələndi