"Estee Lauder" Rusiyada fəaliyyətini tamamilə dayandırdı

"Estee Lauder" Rusiyada fəaliyyətini tamamilə dayandırdı

"Estee Lauder" Rusiyada fəaliyyətini tamamilə dayandırdı

Amerikanın ən böyük kosmetika istehsalçısı "Estee Lauder" Rusiyada fəaliyyətini tamamilə dayandırıb.

Polemika.az xəbər verir ki, "Clinique", "MAC", "Bobbi Brown", "Michael Kors", "Tom Ford Beauty", "Kilian", "DKNY", "Jo Malone", "La Mer", "Dr. Jart+", "The Ordinary", "Le Labo" və s. rus bazarında artıq olmayacaq

“Biz Rusiya Federasiyasındakı bütün kommersiya fəaliyyətlərini, o cümlədən brendlərimizin bütün mağaza və satış məntəqələrinin bağlanması, həmçinin Rusiyadakı pərakəndə satış şirkətlərimizə çatdırılmaların dayandırılması barədə qərar qəbul etmişik”, - deyə şirkətin bəyanatında vurğulanıb.

Şirkət əlavə edib ki, bütün Rusiya işçiləri maddi təzminat və dəstək alacaqlar.

"Estee Lauder" Rusiyada fəaliyyətini tamamilə dayandırdı