Milli komandamızın Lüksemburq və Qətərlə oyun üçün heyəti açıqlandı
Milli komandamızın Lüksemburq və Qətərlə oyun üçün heyəti açıqlandı
Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Polemika.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumata görə, yığmanın italiyalı baş məşqçisi Canni de Byazi noyabrda keçiriləcək oyunlar üçün heyəti müəyyənləşdirib.
Millimiz bu ay 2021-ci ildəki son iki görüşünü keçirəcək. Komandamız DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində noyabrın 11-də Bakıda Lüksemburqla, üç gün sonra yoldaşlıq oyununda Qətərlə qarşılaşacaq.
2021-ci ilin son heyəti həm də müqaviləsi başa çatacaq de Byazinin son siyahısı ola bilər. Anlaşması ilin sonunda bitən italiyalı bu dəfə heyətə ... oyunçu daxil edib.
Mehdi Cənnətov | Zirə | Qapıçı |
Emil Balayev | Qarabağ | Qapıçı |
Şahrudin Məhəmmədəliyev | Qarabağ | Qapıçı |
Maksim Medvedev | Qarabağ | Müdafiəçi |
Bəhlul Mustafazadə | Qarabağ | Müdafiəçi |
Azər Salahlı | Keşlə | Müdafiəçi |
Mert Çelik | Neftçi | Müdafiəçi |
Höccət Haqqverdi | Sumqayıt | Müdafiəçi |
Bəxtiyar Həsənalızadə | Sabah | Müdafiəçi |
Tellur Mütəllimov | Sumqayıt | Müdafiəçi |
Anton Krivotsyuk | Wisla Plock (Polşa) | Müdafiəçi |
Amin Seydiyev | Sabah | Müdafiəçi |
Cəlal Hüseynov | Zirə | Müdafiəçi |
Qara Qarayev | Qarabağ | Yarımmüdafiəçi |
Çoşqun Diniyev | Zirə | Yarımmüdafiəçi |
Filip Ozobiç | Qarabağ | Yarımmüdafiəçi |
Vüqar Mustafayev | Sumqayıt | Yarımmüdafiəçi |
Emin Mahmudov | Neftçi | Yarımmüdafiəçi |
Rüstəm Əhmədzadə | Minaj (Ukrayna) | Hücumçu |
Namik Ələskərov | Bursaspor (Türkiyə) | Hücumçu |
Renat Dadaşov | Tondela (Portuqaliya) | Hücumçu |
Ramil Şeydayev | Qarabağ | Hücumçu |
Mahir Emreli | Legia Warszawa (Polşa) | Hücumçu |
Araz Abdullayev | Etnikos (Kipr) | Hücumçu |
Qeyd edək ki, millinin hər iki matçı Bakı Olimpiya Stadionunda baş tutacaq.