Meyiti neçə gün "morq"da saxlaamq olar? - İlahiyyatçıdan açıqlama

Meyiti neçə gün "morq"da saxlaamq olar?

Meyiti neçə gün "morq"da saxlaamq olar? - İlahiyyatçıdan açıqlama

“Dəfn mərasimi qaydaları haqqında xüsusi bir əmr yoxdur”.

Bu sözləri ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov Polemika.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ölən şəxslə bağlı dində yalnız tövsiyələr var:

“Dəfn mərasimi qaydaları haqqında xüsusi bir əmr yox, dinin tövsiyələri var. Rəsullah deyir ki, iki vacib məqam var ki, onları gecikdirmək olmaz. Onlardan biri borc, ikincisi isə meyitin dəfn olunmasıdır. İnsan ruhunu tapşırdıqdan sonra onun torpağa verilməsini geikdirməyin deyə, dində tövsiyə var”.

Fəlsəfə doktorunun fikrincə, artıq bu tövsiyələr adət halına çevrilib:

“Tövsiyə olduğuna görə, xalqların adət-ənənəsinə çevrilib. Azərbaycanda mərhumun torpağa tapşırılmasına riayət edilir. Bunun dini cəhəti budur ki, əgər şəxs xeyr əməl sahibidirsə, bir an əvvəl o öz əməllərinə qovuşsun. Çünki axirət mükafat yeridir. Azərbaycan xalqı buan əməl edir. Vəfat edən şəxsi çox da gecikdirmirlər. Ən çox yarım gün saxlanılır”.

Ə.Niyazov qeyd edib ki, nəşin morqda saxlanmasında heç bir günah yoxdur:

“Lakin elə hallar var ki, onun gözləyəni olur. Qohumu uzaqdan gələcəksə, görməsi arzu ediləndirsə, onun morqda saxlanılmasının günahı yoxdur. O qayda-qanunlara uyğun şəkildədirsə, günahı yoxdur. Saxlanmasına icaz verilir. Nəşi hər hansı zərər görməyəcəyi şəkildə saxlanmasının heç bir qüsuru yoxdur.

Mərhumun tez dəfn olunması savabdır. Çünki bu dinin Peyğəmbəri nəşin bir an əvvəl torpğa verilməsini nəsihət edib”.

Nəzrin Vahid

Meyiti neçə gün "morq"da saxlaamq olar? - İlahiyyatçıdan açıqlama