"Marsel"in iki futbolçusu koronavirusa yoluxdu

"Marsel"in iki futbolçusu koronavirusa yoluxdu

"Marsel"in iki futbolçusu koronavirusa yoluxdu

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Marsel"inin 2 futbolçusu koronavirusa yoluxub.

Polemika.az Fransa mətbuatına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xorxe Sampaoli  məlumat verib. O, müdafiəçi Pol Lirola və hücumameylli yarımmüdafiəçi Konrad de la Fuentenin testinin nəticəsinin müsbət çıxdığını deyib. Hər iki oyunçu karantinə alınıb.

Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab görüşünü isə bir həftə sonra Bakıda keçirəcək. 

"Marsel"in iki futbolçusu koronavirusa yoluxdu