“Hər gün camaatın anası, bacısı…” – Rafael Ağayev  

“Hər gün camaatın anası, bacısı…” – Rafael Ağayev  

“Hər gün camaatın anası, bacısı…” – Rafael Ağayev  

5 dəfə dünya, 11 dəfə Avropa çempionu olan karateçi Rafael Ağayevin Bakı Baş Gömrük İdarəsində işlə təmin olunması ilə bağlı müraciəti böyük ajiotaja səbəb olub.

Polemika.az-ın əməkdaşı ajiotaja səbəb olan məsələ ilə bağlı Rafael Ağayevlə əlaqə saxlayıb. İdmançı bu məsələyə verilən reaksiyaların onun üçün maraqlı olmadığını bildirib:

“Müsahibəmə verilən reaksiyalar mənə maraqlı deyil. Nə varsa, onu da demişəm. 

Hər gün camaatın anası, bacısı, qardaşı üçün tanımadan min söz deyirlər, təhqir edirlər. Bu o demək deyil ki, onlar pis adamdır. Kim nə fikirləşir, fikirləşsin, mən Allahımın yanında düz olum, bəsdi.

7 ildir mənim adım Bakı Baş Gömrük İdarəsində elə-belə gedir. Bu səbəbdən indi orada çalışmaq istəyirəm. Eyni zamanda atamında arzusudur ki, mən “sistem”də işləyim.

Əgər işlə təmin olunsam işləyəcəm, təmin olunmasam canları sağ olsun. Şükürlər olsun, heç kim ac deyil, Allah verdiyi nemətlərlə dolanırıq”.

“Hər gün camaatın anası, bacısı…” – Rafael Ağayev