Millimiz Rusiyaya böyük hesabla uduzdu

Millimiz Rusiyaya böyük hesabla uduzdu

Millimiz Rusiyaya böyük hesabla uduzdu

Qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Polemika.az xəbər verir ki, yığmamız DÇ-2023-ün seçmə mərhələsində 5-ci matçına çıxıb.

Millimiz doğma meydanda Rusiya ilə qarşılaşıb. Qrupdakı bütün görüşlərini uduzan komandamız bu dəfə də meydanı xalsız tərk edib.

Rsular millimizin qapısından 4 cavabsız top keçirərək 3 xal qazanıblar.

Qeyd edək ki, millimiz noyabrın 30-da Monteneqro ilə ev oyununa çıxacaq.

DÇ-2023-ün seçmə mərhələsi

E qrupu

25 noyabr

19:00. Azərbaycan – Rusiya – 0:4

Qollar: Marina Fyodorova, 16, Alsu Abdulina, 26, Alyona Andreyeva, 43, Marqarita Çernomırdına, 90+5

Millimiz Rusiyaya böyük hesabla uduzdu