Azərbaycan güləşçisi Fransada erməniyə qalib gəldi - Video

Azərbaycan güləşçisi Fransada erməniyə qalib gəldi - Video

Azərbaycan güləşçisi Fransada erməniyə qalib gəldi - Video

Fransada klublararası güləş çempionatı start götürüb.

Polemika.az xəbər verir ki, ilk turda Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasovun çıxış etdiyi "Şiltgem" komandası "Mets"lə üz-üzə gəlib.

87 kq çəki dərəcəsində mübarizə aparan idmançı əvvəlcə fransalı Salamon Entoni üzərində 8:0 hesablı qələbə qazanıb. Abbasov daha sonra erməni güləşçi Edqar Xaçatryanı məğlub edib - 6:3. Onun komandası yekunda 7:3 hesablı qələbə ilə ilk turu başa vurub.

Qeyd edək ki, Fransa çempionatı dekabrın sonunadək davam edəcək.

Azərbaycan güləşçisi Fransada erməniyə qalib gəldi - Video