UEFA "Qarabağ"ın qapıçısını fərqləndirdi

UEFA "Qarabağ"ın qapıçısını fərqləndirdi

UEFA "Qarabağ"ın qapıçısını fərqləndirdi

Konfrans Liqasının rəsmi tvitter səhifəsi turnirdə 4 qapıçının oyununu fərqləndirib.

Polemika.az xəbər verir ki, onların arasında "Qarabağ"ın üzvü Şahruddin Məhəmmədəliyev də var.

"Dörd əla qurtarış, hansını bəyəndiniz?" başlıqlı paylaşımda Şahruddinin qrup mərhələsinin 6-cı turunda ötən gecə "Bazel"lə oyundakı seyvi yer alıb. Həmçinin, Danimarka "Kopenhagen"indən Kamil Qrabara, Sloveniya "Mura"sından Marko Zalokar və Almaniyanın "Union" komandasından Frederik Ryonnovun seyvləri fərqləndirilib.

Qeyd edək ki, "Bazel"in 3:0 hesablı qələbəsi ilə başa çatan matça Şahruddin bir neçə dəfə komandasını qoldan xilas edib. 

UEFA "Qarabağ"ın qapıçısını fərqləndirdi