Konfrans Liqasında ən yaxşı oyunçu adına namizədlər - "Qarabağ"lı da var

Konfrans Liqasında ən yaxşı oyunçu adına namizədlər

Konfrans Liqasında ən yaxşı oyunçu adına namizədlər - "Qarabağ"lı da var

Konfrans Liqasında qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Polemika.az UEFA-ya istinadən xəbər verir ki, "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir də namizədlər sırasındadır.

Həmçinin, Andre Qrin (“Slovan” Bratislava Slovakiya), Keyto Nakamura (LASK, Avstriya) və Ola Solbakken (“Budyo Qlimt”, Norveç) də bu ada namizəddir.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.

Xatırladaq ki, Zubir ötən gecə "Kayrat"la səfər oyununda (2:1) "Qarabağ"ın qələbə qolunu vurub.

Konfrans Liqasında ən yaxşı oyunçu adına namizədlər - "Qarabağ"lı da var