“Marsel”in futbolçusu iddialı danışdı:

“Marsel”in futbolçusu iddialı danışdı:

“Marsel”in futbolçusu iddialı danışdı:

“Qol vurmaq üçün imkanlarımız var idi. Amma həqiqəti söyləməliyik, yaxşı oyun keçirmədik”.

Polemika.az xəbər verir ki, bu sözləri “Marsel”in yarımmüdafiəçisi Matteo Qenduzi Fransa Liqa1-nin XXV turunda “Klermon”a 0:2 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.

Ulduz futbolçu artıq Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a Bakıda qarşı keçirəcəkləri cavab görüşünə hazırlaşmalı olduqlarını söyləyib:

“Klermon”un bura oynamaq üçün gəldiyini gördük. Çox şansları yox idi, amma qapı qarşısında təsirli idilər. Bu məğlubiyyətə baxmayaraq, işimizə köklənməliyik. İlk olaraq “Qarabağ”ı üstələyib mərhələ adlamalı, ardından “Trua” səfərinə hazırlaşmalıyıq”.

Qeyd edək ki, “Qarabağ” – “Marsel” oyunu fevralın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Bu komandalar arasında Fransada baş tutan görüşdə rəqib 3:1 hesablı qələbə qazanıb.

 

“Marsel”in futbolçusu iddialı danışdı: