Maradonanın qardaşı vəfat etdi

Maradonanın qardaşı vəfat etdi

Maradonanın qardaşı vəfat etdi

Əfsanəvi futbolçu Dieqo Maradonanın qardaşı Uqo Ernan Maradona dünyasını dəyişib.

Polemika.az xəbər verir ki, o, 52 yaşında İtaliyanın Neapol şəhərindəki evində vəfat edib.

İlkin versiyaya görə, U.Maradonanın ölümünə səbəb ürəyinin dayanması olub.

Qeyd edək ki, Dieqo Maradona 2020-ci ildə 60 yaşında ikən vəfat edib. Uqo Ernan Maradona da qardaşı kimi futbolçu olub. Keçmiş yarımmüdafiəçi karyasında Cənubi Amerika, Avropa, Yaponiya və Kanada klublarının formasını geyinib.

Maradonanın qardaşı vəfat etdi