Çempionlar Liqası 4-cü turun ikinci günü: "Beşiktaş" "Sportinq"ə qarşı

Çempionlar Liqası 4-cü turun ikinci günü: "Beşiktaş" "Sportinq"ə qarşı

Çempionlar Liqası 4-cü turun ikinci günü: "Beşiktaş" "Sportinq"ə qarşı

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulacaq.

Polemika.az  xəbər verir ki, 2-ci oyun günündə daha 8 matç keçiriləcək.

A qrupunda "Mançester Siti" "Brügge", "Leyptsiq" isə PSJ ilə qarşılaşacaq.

B qrupunda "Milan" "Portu", "Liverpul" "Atletiko" ilə üz-üzə gələcək. Mersisayd təmsilçisi qələbə qazanacağı təqdirdə, vaxtından əvvəl pley-offa vəsiqəni təmin edəcək.

C qrupunda Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" "Sportinq"in qonağı olacaq. "Borussiya" (Dortmund) isə "Ayaks"ını qəbul edəcək. Niderland təmsilçisi qələbə qazansa, növbəti mərhələyə vəsiqəni təmin edəcək.

D qrupunda "Real" Donetsk "Şaxtyor"u ilə, "Şerif" "İnter"lə qarşılaşacaq.

Qeyd edək ki, dünən "Bavariya" və "Yuventus" 1/8 finala vəsiqəni təmin edib.

A qrupu

00:00. "Mançester Siti" (İngiltərə) - "Brügge" (Belçika)

00:00. "Leyptsiq" (Almaniya) - PSJ (Fransa)

Xal durumu: PSJ - 7, "Mançester Siti" - 6, "Brügge" - 4, "Leyptsiq" - 0.

B qrupu

21:45. "Milan" (İtaliya) - "Portu" (Portuqaliya)

00:00. "Liverpul" (İngiltərə) - "Atletiko" (İspaniya)

Xal durumu: "Liverpul" - 9, "Atletiko" - 4, "Portu" - 4, "Milan" - 0

C qrupu

00:00. "Sportinq" (Portuqaliya) - "Beşiktaş" (Türkiyə)

00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Ayaks" (Niderland)

Xal durumu: "Ayaks" - 9, "Borussiya" - 6, "Sportinq" - 3, "Beşiktaş" - 0.

D qrupu

21:45. "Real " (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

00:00. "Şerif" (Moldova) - "İnter" (İtaliya)

Xal durumu: "Şerif" - 6, "Real" - 6, "İnter" - 4, "Şaxtyor" - 1

Çempionlar Liqası 4-cü turun ikinci günü: "Beşiktaş" "Sportinq"ə qarşı