Mahir Emreli “Dinamo”nun heyətində derbidə oynadı

Mahir Emreli “Dinamo”nun heyətində derbidə oynadı

Mahir Emreli “Dinamo”nun heyətində derbidə oynadı

Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Dinamo" (Zaqreb) komandasının heyətində Xorvatiya Liqasında növbəti oyununu keçirib.

Polemika.az xəbər verir ki, 25 yaşlı hücumçu 27-ci turun mərkəzi oyununda "Hayduk"a qarşı meydana çıxıb.

Split şəhərindəki "Polyud" stadionunda təşkil olunmuş qarşılaşma bərabərliklə yekunlaşıb - 0:0.

Start heyətində yer alan Emreli 56-cı dəqiqədə əvəzlənərək, yerini komanda yoldaşı Marko Toliçə verib.

Mahir Emreli “Dinamo”nun heyətində derbidə oynadı