“Le Fiqaro”dan qorxunc iddia: Ruslar Kiyevi mühasirəyə alır və hökuməti devirə bilər...

“Le Fiqaro”dan qorxunc iddia: Ruslar Kiyevi mühasirəyə alır və hökuməti devirə bilər...

“Le Fiqaro”dan qorxunc iddia: Ruslar Kiyevi mühasirəyə alır və hökuməti devirə bilər...

Ruslar Kiyevə girəcəklər və bu, qaçılmazdır.

Polemika.az xəbər verir ki, bu barədə "Fiqaro" nəşri yazıb.

Amerika Konqresinin hər iki palatasının kəşfiyyat üzrə komitə rəhbərləri böyük həyəcanla Kiyevin təslim olması və legitim Ukrayna hökumətinin devrilməsi ehtimalının yüksək olması haqqında siqnallar verir.

Fevralın 24- dən 25- ə keçən gecə  Nümayəndələr Palatası və Senatın kəşfiyyat üzrə iki  komitə rəhbəri Kiyev üzərində yaranan təhlükə barədə xəbərdarlıq edib. Bu təhlükə Rusiya qoşunlarının oraya daxil olmasıdır.

"Məndə olan məlumatlara görə, rusiyalılar Kiyevə daxil olacaq və bu, qaçılmazdır", - senatın kəşfiyyat üzrə komitə rəhbəri senator Mark Uorner məlumat verib.

Nümayəndələr Palatasında analoji komitənin rəhbəri Adam Şiff bəyan edib: "Onlar Kiyevi mühasirəyə alıb və öz planlarını icra edərək yerli hökuməti zibilliyə göndərə bilər. Bizim kəşfiyyatçılar hələ müdaxilədən öncə hadisələrin məhz belə gedişini proqnozlaşdırıb".

Hərçənd, ABŞ hökumətinin hazırda heç bir informasiya mənbəyi yoxdur, Şiff bununla belə konqresmenləri inandırıb ki, hər şey Ukraynanın "bütün milli ərazisinin zəbt edilməsinə aparır".

Konqresmenlər hesab edir ki, ruslar təkcə hərbi hədəfləri deyil, həm də mülki şəxsləri və obyektləri nişan alıb. Cümə günü Ukrayna prezidenti Rusiya ordusunu yaşayış kvartallarını qəsdən nişan almaqda ittiham edib.

Adam Şiff Rusiyanın müdaxiləsinin Ukraynanı Avropa İttifaqına və NATO- ya sövq edəcəyini proqnozlaşdırıb.

Doğrudur, Ukraynanın hazırda Rusiyadan uzaqlaşaraq NATO- ya necə qəbul ediləcəyi o qədər də aydın deyil, hərçənd, Moskva "heç kimi işğal etməməyi" vəd etsə də, çətin ki, o, Kiyevə istənilən hərbi bloka daxil olmağa imkan versin.

Artıq 2014- cü ildən rus ordusu Krımı işğalda saxlayır. Qərb kəşfiyyatının bəzi məxfi məlumatlarında belə güman edilir ki, əvvəllər Rusiya qoşunları uniforma geyinməyərək, Donbas separatçılarıçının yanında döyüş meydanında iştirak edib.

Senator Uorner ümid etdiyini bildirib ki, ukraynalıların müqaviməti rusların gözlədiyindən daha inadkar olub.

"Düşünürəm ki, rusların hərbi əməliyyatı tez bir zamanda və həddən artıq iddialarla aparması göstərdi ki, onlar ilk günlər Ukrayna xalqının müqavimət iradədəsini lazımınca qiymətləndirə bilməyib".

Konqresin hər iki komitə sədrləri bundan sonra da Ukrayna xüsusi xidmət orqanlarının kəşfiyyat məlumatlarını bölüşmək arzusunu ifadə edib./Moderator.az

“Le Fiqaro”dan qorxunc iddia: Ruslar Kiyevi mühasirəyə alır və hökuməti devirə bilər...