ABŞ-da Baydenin fəaliyyətini bəyənməyənlər artır

ABŞ-da Baydenin fəaliyyətini bəyənməyənlər artır

ABŞ-da Baydenin fəaliyyətini bəyənməyənlər artır

Amerikalıların ABŞ prezidenti Co Baydenin fəaliyyətini bəyənmə reytinqi 37,8%-lə rekord aşağı həddə düşüb.

Polemika.az “USA Today”ə istinadla xəbər verir ki, qəzetin Suffolk Universiteti ilə birgə keçirdiyi sorğunun nəticələri belə deyir.

Tədqiqat göstərib ki, respondentlərin 59%-i Baydenin dövlət başçısı kimi fəaliyyətini mənfi qiymətləndirir, daha 3,2%-i isə müvafiq suala cavab verməkdən çəkinib.

Sorğu iştirakçılarının 46%-i hesab edir ki, prezident öz vəzifələrini gözlədiklərindən də pis yerinə yetirir. Eyni zamanda, respondentlərin demək olar ki, 64%-i, o cümlədən Demokratlar Partiyasının tərəfdarlarının 28%-i Baydenin 2024-cü ildə ikinci müddətə seçilməsinə qarşı çıxıb.

Keçmiş dövlət başçısı Donald Trampın növbəti prezident seçkilərində iştirakına respondentlərin 58,4%-i etiraz edib. Respondentlərin 40%-i seçkilər indi keçirilsə, Baydenə səs verməyə hazır olduqlarını, 44%-i Trampa, daha 11%-i başqa namizədə səs verməyə üstünlük verəcəyini bildirib.

ABŞ-ın vitse-prezidenti Kamala Harrisin fəaliyyəti tədqiqat iştirakçılarının 27,8%-i tərəfindən bəyənilib. Respondentlərin yalnız 12%-i Konqresin işi haqqında müsbət fikir bildirib. Eyni zamanda, respublikaçı qanunvericilərin bəyənmə reytinqi demokrat həmkarlarının reytinqindən yüksək oldu. Respondentlərin 66%-i hesab edir ki, ölkədə vəziyyət yanlış istiqamətdə inkişaf edir, respondentlərin 20%-i isə əks mövqedədir.

Sorğu noyabrın 3-dən 5-dək qeydə alınmış 1000 seçici arasında keçirilib. Səhv marjası təxminən 3,1 faiz bəndidir.

ABŞ-da Baydenin fəaliyyətini bəyənməyənlər artır