Koronavirusa qarşı ömürlük immunitet yaradan peyvənd hazırlanır

Koronavirusa qarşı ömürlük immunitet yaradan peyvənd hazırlanır

Koronavirusa qarşı ömürlük immunitet yaradan peyvənd hazırlanır

Tokio Tibb Elmləri İnstitutunun bir qrup alimi insan orqanizmini bütün həyatı boyu koronavirusdan qorumağa qadir peyvənd hazırlayır.

Polemika.az “The Japan Times” nəşrinə istinadla xəbər verir ki, yeni peyvəndin klinki sınaqları 2023-cü ildə başlaya bilər.

Professor Mtinori Koxarunun başçılıq etdiyi mütəxəssislər yeni peyvəndin əsası kimi, 18-ci əsrdə britaniyalı həkim Edvard Cenner tərəfindən hazırlanmış, çiçək xəstəliyinə qarşı istifadə olunan peyvəndi götürüblər.

Yapon alimlərinin ideyası tərkibində COVİD-19 yaradan SARS-CoV-2 virusunun birləşmiş zülalın olduğu çiçək-peyvəndini əldə etməkdir. Onların fikrincə, bu cür yanaşma koronavirusdan ömürlük hüceyrə immunitetinin ortaya çıxmasına səbəb olacaq.

“Adenovirus və RNK peyvəndi kimi müxtəlif texnologiyalar üzərində işləmişəm. Amma hazırda çiçək peyvəndi virusundan istifadə etməklə peyvəndin yeni versiyası digərlərindən daha güclüdür”, - deyə professor əlavə edib.(Reyting.az)

Koronavirusa qarşı ömürlük immunitet yaradan peyvənd hazırlanır