Gülağa Aslanlının ürəyinə stent qoyuldu

Gülağa Aslanlının ürəyinə stent qoyuldu

Gülağa Aslanlının ürəyinə stent qoyuldu

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Bakı Sağlamlıq Mərkəzində əməliyyat olunub.

Polemika.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

Onun sözlərinə görə, Gülağa Aslanlı səhər saatlarında səhhətində yaranan problemlə bağlı həkimə müraciət edib.

A. Hacılı qeyd edib ki, G. Aslanlının ürəyinə iki stent qoyulub, əməliyyat uğurla keçib.

“Gülağa Aslanlının səhhəti normaldır, özünü yaxşı hiss edir. Sabah xəstəxanadan evə buraxılacaq”, - A. Hacılı vurğulayıb.

Gülağa Aslanlının ürəyinə stent qoyuldu