Koçaryan-Sarkisyan cütlüyünü kim susdurub? - Rusiyanın gizli sülh planı

Koçaryan-Sarkisyan cütlüyünü kim susdurub?

Koçaryan-Sarkisyan cütlüyünü kim susdurub? - Rusiyanın gizli sülh planı

"Deyəsən, parlament qüvvələri gizli fəaliyyətə keçiblər,dünənki etiraz aksiyasında onlar iştirak etməyib, zənglərə də cavab vermirlər".

Polemika.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

“Dünən İrəvanda müxtəlif ictimai-siyasi xadimlərin iştirakı ilə etiraz aksiyaları keçirilib. Azadlıq hərəkatının başlanması elan edildi.

Aksiya iştirakçıları imzaya təqdim olunan sənədlərin dərc olunmasını, dəhlizin düşmənə verilməməsini və s. tələb ediblər.

Qeyd edək ki, Rusiya delimitasiya və demarkasiya ilə bağlı sənədin tərəfdarıdır. Yəqin ki, rusiyayönlü müxalifət hələ də anti-Rusiya mövqeyi tutmamaq üçün hansı taktikanı seçəcəyini düşünür”, - qəzet qeyd edib.

Məlumat üçün bildirək ki, rusiyapərəst müxalifət deyiləndə ilk növbədə Koçaryan-Sarkisyan cütlüyünün və sabiq nazir Artur Vanetsyanın rəhbərlik etdiyi siyasi qüvvələr nəzərdə tutulur. 

Analitiklər hesab edirlər ki, onlar Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin vasitəçiliyi ilə Kremldən gələn təlimata uyğun hərəkət edirlər. Ermənistanın aparıcı müxalifət təşkilatlarının Rusiyanın gizli sülh planını pozmamaq üçün sükuta daldığı bildirilir. 

Koçaryan-Sarkisyan cütlüyünü kim susdurub? - Rusiyanın gizli sülh planı