Elcan sosial şəbəkələrdə yardım istəyənləri qınadı: "Sən hörmət qazanasan deyə..."

Elcan sosial şəbəkələrdə yardım istəyənləri qınadı: "Sən hörmət qazanasan deyə..."

Elcan sosial şəbəkələrdə yardım istəyənləri qınadı: "Sən hörmət qazanasan deyə..."

Tanınmış aktyor Elcan Rəsulov sosial şəbəkələrdə yardım toplayanları sərt şəkildə qınayıb.

Polemika.az xəbər verir ki, sosial şəbəkə hesabında bu haqda paylaşım edən aktyor bunun düzgün olmadığını yazıb:

 "Ay qardaş, ay xanım, sən "dvijeniya" eləyib özünə xal toplayacaqsan, hörmət yığacaqsan, ad qazanacaqsan deyə niyə kartına pul atmalıyam? Xeyriyyəçi olmaq istəyirsən, get işlə, əziyyətlə 5 manat da artıq qazan. Onu da ehtiyacı olan birinə ver. Hərçənd ki, o ehtiyacı olmaq məsələsinə də vaxt edib toxunacam. Hərə öz ətrafında imkansızların dadına çatsa, heç bu xeyriyyəçiləri rayon-rayon qaçırtmağa ehtiyac da qalmaz. Nə isə... Yenə pis adam olacam. Olum da. Onsuz da kim nə istəyir, onu fikirləşir".

Elcan sosial şəbəkələrdə yardım istəyənləri qınadı: "Sən hörmət qazanasan deyə..."