Kanada Ukraynaya silah və kredit verəcək

Kanada Ukraynaya silah və kredit verəcək

Kanada Ukraynaya silah və kredit verəcək

Kanada Ukraynaya 500 milyon dollar kredit və 7,8 milyon dollar dəyərində modern silah verəcək.

Polemika.az xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo bildirib.

Onun sözlərinə görə, bu kredit Kanadanın Ukraynaya verdiyi daha əvvəl elan edilmiş 120 milyon dollarlıq kreditə və öldürücü olmayan silahlara əlavədir.

Trüdo Kanadanın dəstəyini bir daha təsdiqləmək üçün həftə sonu Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışdığını söyləyib.

Baş nazir deyib ki, modern silah və sursat artıq ABŞ, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Hollandiya və Polşadan silah almış Ukraynanın konkret müraciətinə cavabdır.

“Dəstəyin məqsədi Rusiyanın gələcək təcavüzünün qarşısını almaqdır. Vəziyyət sürətlə gərginləşir və biz öz qətiyyətimizi nümayiş etdiririk, - Trüdo mətbuat konfransında deyib. “Kanadalılar və dünya üçün Kanadanın Ukraynanı və onun müstəqilliyini, bütövlüyünü və suverenliyini, o cümlədən özünümüdafiə hüququnu dəstəkləməyə davam edəcəyini bilməsi vacibdir”.

Kanada Ukraynaya silah və kredit verəcək