Bakıda koronavirusa görə bağlanan məktəbd açıldı

Bakıda koronavirusa görə bağlanan məktəbd açıldı

Bakıda koronavirusa görə bağlanan məktəbd açıldı

Bakıda koronavirusa görə bağlanan 188 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib. 

Bu barədə Polemika.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məktəbin müəllim-şagird heyəti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

“Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur”, - idarədən qeyd edilib. 

Nəzrin Vahid 

Bakıda koronavirusa görə bağlanan məktəbd açıldı