“İTV az-çox beyni işləyən adamları efirə dəvət edir” - Reaksiya 

“İTV az-çox beyni işləyən adamları efirə dəvət edir” - Reaksiya 

“İTV az-çox beyni işləyən adamları efirə dəvət edir” - Reaksiya 

Bu gün Milli Məclisin iclasında bir neçə millət vəkili İctimai Televiziya ilə bağlı  ittihamlar səsləndirib, telekanalı parlamentin fəaliyyətini geniş işıqlandırmamaqda günahlandırıblar. Fazil Mustafa, Siyavuş Novruzov və Fəzail Ağamalı İTV-ni hədəfə alıblar.

Məsələ ilə bağlı “Polemika.az”a açıqlamasında millət vəkili Aqil Abbas bildirib ki, “İctimai TV”-də onun fikirləri heç vaxt “qayçılanmayıb”:

“Nəinki İctimai, heç bir kanalda qayçılanmayıb. Əgər qayçılasalar, sözsüz ki, getmərəm.

Fikrimcə, İctimai TV azadfikirli, sərbəst, maraqlı verilişləri olan bir televiziyadır. “Ötən günlər”, “Diqqət Mərkəzi” və s. deyə maraqlı verilişləri var.

Həmkarlarımın tənqidinə gəldikdə isə, onların razı olmadıqları və bəyənmədikləri şeylər var və tənqid edirlər.  Burada nə var ki? Hər kəsin bir fikri var. Onlar televiziyanın müəyyən fikiri var, TV-nin müəyyən verilişlərini sevə də, sevməyə də bilərlər, hətta qəbul edib etməmək də normaldır.

Məndən soruşsanız mən “İctimai TV”yə normal bir televiziya kimi baxıram. Azadfikirli bir kanaldır”.

Tanınmış jurnalist Elçin Şıxlı isə “Polemika.az”a bildirib ki, Fazil Mustafanın İTV ilə problemi var və bu üzdən də həmin çıxışı edib: “Azərbaycan da digər televiziyalarla müqayisədə normal işləyən İTV-dir. Mən İTV-nin fəaliyyətini normal qiymətləndirirəm. 

Lakin “parlamentə diqqət yetirməmək nə deməkdir” bunu başa düşmürəm. İTV az-çox beyni işləyən adamları efirə dəvət edir, verilişlər hazırlayır, məsələn Eldar Namazova maraqlı bir veriliş təklif etdilər. Görün, bunu digər televiziyalara şamil etmək olar, ya yox?

Bu tənqidlər bir adam tərəfindən irəli sürülürsə, demək ki, onun sadəcə olaraq İTV ilə problemi var. Təbii ki, hər şey ideal deyil, daha yaxşı olmalıdır”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə son vaxtlar İTV-nin fəaliyyətində müsbət dəyişikliklərin olduğunu deyib: “Ümumi götürsək, kanalın fəaliyyətini yaxşı qiymətləndirirəm və peşəkarlıq hiss olunur. 

Analitik təhlil verilişləri, xəbərlərin təqdimatı, “Diqqət Mərkəzi” verilişini bəyənirəm”.

Rafi Müslümov

“İTV az-çox beyni işləyən adamları efirə dəvət edir” - Reaksiya