Təhsil Nazirliyi 2021-də bu qədər təhsil müəssisəsi istifadəyə verib

Təhsil Nazirliyi 2021-də bu qədər təhsil müəssisəsi istifadəyə verib

Təhsil Nazirliyi 2021-də bu qədər təhsil müəssisəsi istifadəyə verib

Təhsil Nazirliyi 69 təhsil müəssisəni istifadəyə verib.

Polemika.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin illik hesabatında bildirilib.

2021-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə 12, Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə 3, Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) sifarişi ilə 2, Qaçqınlar və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu sifarişi ilə 1 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib.

2021-ci ildə Təhsil Nazirliyi tərəfindən 69 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib. Onlardan 29-da tikinti, 9-da əsaslı təmir işləri görülüb, o cümlədən 1 peşə mərkəzi tikilib, 31 modul tipli məktəb quraşdırılıb.

Nəzrin Vahid

Təhsil Nazirliyi 2021-də bu qədər təhsil müəssisəsi istifadəyə verib