İsrail prezidenti Türkiyədə - 15 ildən sonra ilk dəfə

İsrail prezidenti Türkiyədə - 15 ildən sonra ilk dəfə

İsrail prezidenti Türkiyədə - 15 ildən sonra ilk dəfə

İsrail prezidenti Yitzhak Hersoq və xanımı Ankaraya dövlət səfərinə yollanıb. 

Polemika.az xəbər verir ki, bu, İsrail prezidentinin 2007-ci ildən sonra Türkiyəyə ilk səfəridir.

Prezident Ankaraya dövlət səfərinə getməzdən əvvəl deyib ki, İsrail son illərdə enişli-yoxuşlu Türkiyə ilə münasibətləri bərpa etməyə çalışacaq. Hersoq qeyd edib ki, beynəlxalq nizamın sarsıdıldığı şəraitdə region ölkələri arasında sabitlik və tərəfdaşlığın yaradılması vacibdir.

"Ankara səfərindən sonra Türkiyə ilə ciddi proses, müxtəlif səviyyələrdə dərin dialoq başlayacaq və bu, ölkələr arasında münasibətlərdə irəliləyişə səbəb olacaq", - deyə dövlət başçısı vurğulayıb.

İsrail prezidenti Türkiyədə - 15 ildən sonra ilk dəfə