ŞƏbnəmdən Cavan Zeynallıya irad: "Necə tanımaya bilər?!"

ŞƏbnəmdən Cavan Zeynallıya irad: "Necə tanımaya bilər?!"

ŞƏbnəmdən Cavan Zeynallıya irad: "Necə tanımaya bilər?!"

Müğənni Şəbnəm Tovuzlu Xalq artisti Cavan Zeynallının onu tanımamasına cavab verib.

Polemika.az xəbər verir ki, Lent.az-ın canlı yayımında qonaq olan ifaçı cazmenin onu çox yaxşı tanıdığını deyib.

O, bunu C.Zeynallının yaşlı olması ilə əlaqələndirib:

“Cavan Zeynallının “Bir Şəbnəm tanıyıram, o da Şəbnəm Tapdıq” deməsi normaldır, onlar eyni nəsildirlər, əlbəttə, elə deməlidir. Amma biz neçə proqramda bir yerdə olmuşuq, məni çox da gözəl tanıyır. Onlar yaşlı nəsildirlər, təbii ki, birinci Şəbnəm Tapdıq ağlına gələcək. Cavan Zeynallı məni çox yaxşı tanıyır. Necə tanımaya bilər?! İnsandır, yaşlı adamdır, ola bilər ağlından çıxıb. Bəlkə də şəklimi görsə, tanıyar. Cavan Zeynallının az yaşı yoxdur, onu nəzərə alıb, başa düşürəm”.

Həmin görüntüləri təqdim edirik:

 

ŞƏbnəmdən Cavan Zeynallıya irad: "Necə tanımaya bilər?!"