İnsanlar koronavirus qorxusunu dəf edib? 

İnsanlar koronavirus qorxusunu dəf edib? 

İnsanlar koronavirus qorxusunu dəf edib? 

Əvvəllər deyirdilər ki, insanları koronavirus yox, qorxu öldürür. İndi isə bir qədər fərqli vəziyyət yaranıb. Koronaviorusla bağlı çağırışlar, xəbərdarlıqlar cəmiyyəti bir o qədər də narahat etmir. Bu çağırışlara laqeyd qalan, onu qulaq ardına vuranların sayı getdikcə artır. Sanki cəmiyyət konoravirus xofuna qalib gəlib. Bunun səbəbi nə ilə bağlıdır? 

Mövzu ilə bağlı Polemika.az-a açıqlamasında psixoloq Vasif Bəşirov bildirib ki, COVId-19 artıq insanlar üçün adiləşmiş xəstəlikdir.

“İnsanlar bilmədikləri şeydən qorxurlar. Bildikcə artıq ondan qorxmamağa başlayırlar. İkinci Dünya müharibəsində də eyni situasiyanı görə bilərdik. Müəyyən müddətdən sonra artıq hamı üçün hətta müharibə də adiləşir. Buna psixologiyada “normallaşmış anormallıq” deyilir. 

Cəmiyyət artıq 2 ildir koronavirusa alışıb. Baxmayaraq ki, bu xəstəlikdən ölənlər var, düşünürlər ki, onların immuniteti bu xəstəliyə hər halda qalib gələcək.  Hətta ölüm sayı onlar üçün çox aşağı görünə bilər. Amma gündəlik ölüm sayı 30 nəfərdən çoxdursa, deməli, risk var. 

Mən özüm də şahid oluram, koranavirus xəstəsidir və ya daşıyıcısıdır, ancaq avtobusa minir, insanlar arasında sərbəst dolaşır. İnsanlar elə hesab edirlər ki, sadəcə özlərini düşünməklə doğru edirlər. Halbuki cəmiyyətin hər bir fərdi başqalarının da sağlamlığını düşünməlidir”.

Ayzel

İnsanlar koronavirus qorxusunu dəf edib?