Bu universitetin 4 qrupunda əyani dərslər dayandırıldı

Bu universitetin 4 qrupunda əyani dərslər dayandırıldı

Bu universitetin 4 qrupunda əyani dərslər dayandırıldı

Azərbaycan Texniki Universitetində (AzTU) daha 4 qrupda dərslər distan təhsilə keçib. 

Bu barədə Polemika.az-a universitetin mətbuat katibi Sevinc İsgəndərova bildirib.

O qeyd edib ki, ötən həftə 4 tələbənin COVID-19 testi pozitiv çıxıb:

"Nəqliyyat və logistika fakültəsi -1 tələbə, Xüsusi texnika və texnologiya fakültəsi - 1 tələbə, Maşınqayırma və robototexnika fakültəsi - 1 tələbə, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsindən 1 tələbədə koronavirus aşkarlanıb. Bu səbəbdən həmin tələbələrin təhsil aldığı qruplar distant tədrisə keçib".

 

S.İsgəndərova qeyd edib ki, bundan əvvəl koronavirusa yoluxan 3 tələbə artıq sağalıb və onların qrupunda əyani tədris bərpa olunub.

Bu universitetin 4 qrupunda əyani dərslər dayandırıldı