İnfeksionist: "Omicron"nun əlamətləri 5 günə üzə çıxır 

İnfeksionist: "Omicron"nun əlamətləri 5 günə üzə çıxır 

İnfeksionist: "Omicron"nun əlamətləri 5 günə üzə çıxır 

Hazırda koronavirusun “Omicron” ştamı dünyada geniş yayılıb”.

Polemika.az xəbər verir ki, bunu səhiyyə nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, bu proses Azərbaycanda da baş verməkdədir:

“Ştamın inkubasion dövrü daha qısadır, 1-3, bəzən 5 günə qədər davam edir. Bu, o deməkdir ki, yoluxan insanların klinik əlamətləri bu günlər ərzində meydana çıxır. Digər tərəfdən, bu infeksiyaya yoluxanların əksəriyyəti peyvənd alıb. Onlar xəstəliyi yüngül keçirirlər və xəstəliyin müddəti 1 həftəni aşmır. Buna görə testi pozitiv çıxanların iki həftə evdə saxlanması məqbul deyil”.

T.Eyvazov bildirib ki, bu müddətin bir həftə olması yetərlidir:

“Bu müddətdə onlarla təmasda olanlarda virus aşkarlanmırsa, demək ki, ətraf üçün təhlükəli deyil”. 

İnfeksionist: "Omicron"nun əlamətləri 5 günə üzə çıxır