Nazirlikdən məktəblərin bağlanacağı iddialarına - CAVAB

Nazirlikdən məktəblərin bağlanacağı iddialarına - CAVAB

Nazirlikdən məktəblərin bağlanacağı iddialarına - CAVAB

“Məktəblərin noyabr ayında bağlanacağı ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur”.

Polemika.az xəbər verir ki, bunu ARB telekanalının “Diqqət efir” verilişində Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib. 

O bildirib ki, məktəblərdə koronavirusa yoluxma ilə bağlı təşviş yaradacaq hal yoxdur:

“Yoluxma halları şagirdlərin ümumi sayının 1 faizini təşkil edir, hətta 0,5 faizin altındadır. Yaydığımız məlumatlarda da qeyd olunub ki, yaxın həftələrdə təhsil müəssisələrinin qapadılması ilə bağlı heç bir qərar yoxdur. Əgər belə bir qərar olarsa, Təhsil Nazirliyinin informasiya resursları kifayət qədər operativdir”.

Yoluxma hallarının daha çox yuxarı sinif şagirdləri arasında olduğunu qeyd edən C.Valehov bildirib ki, distant təhsilə keçid olarsa, təhsil müəssisələri buna hazırlıqlıdır:

“Pandemiya problemlərlə yanaşı, yeni imkanlar da yaratdı. Fors-major hallara ötən ilə nisbətən indi daha hazırlıqlıyıq. Çünki artıq müəyyən qədər təcrübəmiz var”.

Nazirlikdən məktəblərin bağlanacağı iddialarına - CAVAB