Bakıda xeyriyyə məqsədilə “Qələbə qaçışı” təşkil ediləcək

Bakıda xeyriyyə məqsədilə “Qələbə qaçışı” təşkil ediləcək

Bakıda xeyriyyə məqsədilə “Qələbə qaçışı” təşkil ediləcək

Gənclər və İdman Nazirliyi noyabrın 9-da Bakıda “Qələbə qaçışı” xeyriyyə tədbiri keçirəcək.

Polemika.az xəbər verir ki, “Qürurla irəli” şüarı ilə təşkil ediləcək qaçış ötən il müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm zəfərin ildönümünə həsr olunub.

"Qaçışa qoşulmaq istəyən hər kəs “YAŞAT” Fonduna minimum 20 manat iştirak haqqı ödəməlidir. Fonda daha yüksək məbləğdə ianə etmək istəyənləri də sıramızda görmək xoş olacaq", - deyə nazirliyin məlumatında bildirilir.

“Qələbə qaçışı” Dənizkənarı Milli Parkda, Elektra Hall-ın qarşısından start götürəcək və 5000 metrlik məsafəni əhatə edərək Bakı Dəniz Vağzalının qarşısında tamamlanacaq.

Bakıda xeyriyyə məqsədilə “Qələbə qaçışı” təşkil ediləcək