İnam Kərimov Cahangir Əsgərovun yerinə seçildi

İnam Kərimov Cahangir Əsgərovun yerinə seçildi

İnam Kərimov Cahangir Əsgərovun yerinə seçildi

Bu gün Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı keçirilib.

Polemika.az-ın məlumatına görə, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunub.

Federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat verildikdən sonra AAAF-ın rəhbərliyinə seçkilər keçirilib. Azərbaycan Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Ağır Atletika Federasiyasına yeni prezident seçilib.

Qeyd edək ki, buna qədər AAAF-a “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov rəhbərlik edib.

 

 

İnam Kərimov Cahangir Əsgərovun yerinə seçildi