Acun aldığı klub üçün 24 milyon avro ödəyəcək

Acun aldığı klub üçün 24 milyon avro ödəyəcək

Acun aldığı klub üçün 24 milyon avro ödəyəcək

TV8 kanalının rəhbəri, məşhur aparıcı Acun Ilıcalının İngiltərənin "Hall Siti" klubunu almaq üçün ödəyəcəyi məbləğ məlum olub. 

Polemika.az xəbər verir ki, bu barədə "The Atletic" məlumat yayıb. Son 6 ayda "Hall Siti"nin sahibi olmaq üçün sənədləşdirmə işləri ilə məşğul olan Acun İngiltərə təmsilçisinə görə 24 milyon avro xərcləyəcək. Xəbərdə o da bildirlib ki, 24 saat ərzində Acunun "Hall Siti"ni aldığı rəsmi şəkildə açıqlanacaq. 

Qeyd edək ki, "Hall Siti" hazırda Çempionşipin turnir cədvəlində 23 xalla 19-cudur. 

 

 

Acun aldığı klub üçün 24 milyon avro ödəyəcək