İlin ilk “El Klasiko”sundan “Real” qalib ayrıldı

İlin ilk “El Klasiko”sundan “Real” qalib ayrıldı

İlin ilk “El Klasiko”sundan “Real” qalib ayrıldı

Bu gün futbol üzrə İspaniya Super Kubokuna start verilib.

Polemika.az xəbər verir ki, Səudiyyə Ərəbistanında dörd komandanın iştirakı ilə keçirilən turnirin ilk yarımfinal oyununda “El Klasiko” baş tutub. Madrid “Real”ı "Kral Fəhd" adına stadionda “Barselona” ilə üz-üzə gəlib.

"Real" oyun ərzində 2 dəfə önə keçsə də, hesabı qoruyub saxlaya bilməyib. Belədə, komandalar əlavə vaxtda qalibi müəyyən etmək üçün daha 30 dəqiqə tər tökməli olublar. Valverdenin vurduğu qələbə qolu “Real”ı finala çıxarıb - 3:2.

Qeyd edək ki, "Kral klubu" bu gün keçiriləcək “Atletiko” (Madrid) – “Atletik” (Bilbao) oyununun qalibi ilə görüşəcək. Final matçı yanvarın 16-da baş tutacaq.

İlin ilk “El Klasiko”sundan “Real” qalib ayrıldı